Azərbaycanda ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir
Sənübər Qocayeva

"Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi tezliklə Əmək Məcəlləsində öz əksini tapacaq".
YAZTV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O, qadın və kişilərin əməkhaqlarında mütənasibliyin qorunmasını mühüm amillərdən biri kimi dəyərləndirib.