Nazirlik: "7 700-ə yaxın şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib"

Nazirlik: "7 700-ə yaxın şəhid ailə üzvünə vərəsəlik şəhadətnamələri verilib"

"Vətən müharibəsi iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək proqramları çərçivəsində 7 700-ə yaxın şəhid ailə üzvünə qısa müddətdə vərəsəlik şəhadətnamələri təqdim edilib".

YAZTV-nin xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov deyib.

Nazir müavini onların sosial ödəmələrinin vaxtında təmin olunduğu, bu sahədə məlumatlılığın artırılması məqsədilə nazirliyin rəsmi internet saytında “Vərəsəlik şəhadətnaməsi” adlı bölmənin istifadəyə verildiyi qeyd edib.

O bildirib ki, şəhid ailələrinə yardım məqsədilə xüsusi notariuslar onlara göstərilən xidmətləri vətəndaşlıq mövqeyindən çıxış edərək öz hesabına həyata keçirirlər.