“20 Yanvar - Azadlığa aparan yol” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

“20 Yanvar - Azadlığa aparan yol” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı

Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunmuş “20 Yanvar- Azadlığa aparan yol” mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri idarə tərəfindən mükaflandırıldı. Müsabiqənin qalibləri ilə görüşən idarə rəisinin müavini Elman Şərəfxanov öz çıxışında 32 il əvvəl xalqımıza qarşı törədilmiş faciəni, qanlı cinayət əməllərini qətiyyətlə pisləyərək qeyd etdi ki, 20 yanvar hadisələrində azadlıq uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi, həm də Azərbaycan xalqının tarixində azadlığa aparan yoldur.

Sonda qalib iştirakçılara idarə tərəfindən müvafiq diplomlar təqdim edildi. Belə ki, Naftalan şəhər Gənclər və İdman İdarəsi tərəfindən əvvəlcədən təyin olunmuş şəhər ümumtəhsil məktəblərinin rəsm müəlimlərindən ibarət ekspertlər qrupunun verdiyi rəyə əsasən, Abdullayev Polad Rüfət oğlu 1-ci yer, Abdulkərimli Zəhra Səyyadi qızı 2-ci yer, Babazadə Əbülfəz Dilsu