Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 30 886 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

 Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 774, ikinci mərhələ üzrə 14 112 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 320 558, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 024 500, ikinci mərhələ üzrə isə 4 296 058 nəfər təşkil edir.