Lyuis Hemilton: "Möhtəşəm rəqabət dinamikasına heyranam"

Lyuis  Hemilton: "Möhtəşəm rəqabət dinamikasına heyranam"

Lyuis Hemilton Formula 1 yarışlarının 15-ci  mövsümündə qələbə qazanıb. O, Britaniyalı idmançı  Maks Ferstappen ilə sərt  mübarizədə  finiş  xəttini 0,745 saniyə ötməyi bacarıb.

Lyuis Hemilton yarışdan sonra öz  fikirlərini  mətbuat  nümayəndələri   ilə   bölüşüb: “Əvvəla, azarkeşləri    uzun  fasilədən  sonra  tribunada   ilk   dəfə görməyimə çox şad oldum! Pandemiya səbəbindən ən əsası  özünüzü  qoruyun, məsafə   saxlayın!  Çox sevindirici  haldır ki, Formula 1  bu il mövsümə vaxtında  başlayıb. Mövsümün ilk yarışı  gözlənilməz  dərəcədə çətin oldu! Daha əvvəl biz pit-stopları  təcrübədən  keçirtdik  və yarışin   son dövrələrində çətinlik  yaranacağını   öncədən bilirdik, lakin  komanda  şəklində  elə  hərəkətə  keçməliydik  ki, həftə  boyu   Maksdan   ən azı  bir  qədər  önə   keçmək şansımız  yaransın.   Yarışın son dövrəsində lazımi  tarazlığı qorumaq və  maksimum   hücum etməmək, təkərlərin  finiş   xəttinə qədər davam etməsi  naminə  asan deyildi. Maks  sonuna qədər mübarizə  aparmaq  üçün əlindən gələni etdi , yalnız  nəticə olaraq    onu geridə   qoymağı   bacardım! Deyə bilərəm ki, son illərin  ən  çətin yarışlardan biri idi . Qələbəmdən çox  məmnunam və  xüsüsən  komanda  bazasında və trasda çalışan bütün işçi  heyətinə  öz minnətdarlığımı bildirirəm.  Rəqiblər  daha sürətli  olsalar da ,  bizim komanda  sonuna  gədər  birgə mübarizə apardı .  Son yarışda  Red Bull Racing  ilə bu rəqabətdən  razıyam! Hər mövsüm  üçün  fiziki  formamı  ən yüksək səviyyədə  hazırlamağa  çalışıram  və  hazırda  Maks  ilə   hər ikimiz  eyni səviyyədə    rəqabət  aparmağa hazırıq.  Komanda və mən bugünkü  performansı  qoruyub  saxlamaq  üçün daha da çox səy göstərməliyik. Bu çox  çətin yarış idi , amma mühəndislərimiz  mövsümə əla qələbə  ilə  başladı. Sərbəst  yürüşlərdə   Red Bull Racing’dən   geri  qalacağımız  görünürdü, ancaq bir neçə həftə ərzində  bizim  komandamız   inanılmaz     işin  ödtəsindən   gəldi.   Aratıq  onların   sevinmək   üçün   səbəbi  var!”

Müxbir

Aynur Mehdiyeva.