Daniel Rikkardo: " Albert Park trassındakı dəyişikliklər heyrətamiz tamaşa təqdim edəcək "

 Daniel Rikkardo: " Albert Park trassındakı  dəyişikliklər  heyrətamiz tamaşa  təqdim edəcək "

Maklarenin   avstraliyalı  surücüsü  Daniel Rikkardo  hesab edir ki,  Albert  Park da  edilən  dəyişikliklər  noyabır  ayında  baş  tutacaq. Avstraliya  Qrand  Prisində  avtomobil  həvəskarları üçün  "heyrətamiz tamaşa" bəxş  edəcək. 

Sərtləşmiş   karantin qaydalarına əsasən ,  Avstraliya Qran Prisi  yeni    təqvimində   yerini   dəyişərək   , mövsümün  son üçüncü yarışı  kimi  mart ayından  -noyabra    keçirilib.

Bu qərardan  sonra Avstraliya Qran-Pri Korporasiyası [AGPC] trassda bəzi təmir işlərinə  start verib.  Belə ki,    asfalt   səthini   yeniləməklə  trassın ümümi  konfiqurasıyasında bəzi işlər  görülüb. Artıq  trasın  maketi  sosial şəbəkələrdə  yeni  formatda  təqdim  olunub.

Daniel  Rikkardo  F1  avtomobil  yarışlarında   yeganə  avstraliyalı  sürücüdür ki,  yenilikləri  tamaşaçılar  tərəfindən maraqla  qarşılanır.  Yarış  gününə maksimum  həyacan qataraq  mübarizə  aparılacaq və  bu dəyişikliklər  istəyə uyğun  reallaşacaqdır.

 Rikkardo 2022-ci ildə  aerodinamik dəyişiklərdən sonra  trasın daha da canlanacağını  düşünür.  “Hesab edirəm ki bütün bu dəyişikliklər bazar günü üçün faydalı ,  eyni  zamanda  əyləc arxasında   biraz  əylənmə  imkanımız olacaq, buna əminəm “-deyə o qeyd edib.

Müxbir

Aynur Mehdiyeva