"Mercedes"in düşünülmüş taktikası

Mercedesin düşünülmüş taktikası, Bəhreyndə Sakhir Qran Prisində sərbəst yürüşlərdə inamla çıxış edən Red Bull-u məğlub etdi.
Mercedes və Lewis Hamilton, mövsümün açılış yarışı üçün Bəhreyndə təsnifat mərhələsində daha sürətli Red Bull-Honda-dan Max Verstappen-ə qarşı strateji üstünlüyü zəfər ilə qazandı. Mercedes-in bu yarış daha zəif təssürat yaradan avtomobilə sahib olduqlarını başa düşərək öz mövqeyini tutmaq və onu müdafiə etmək üçün aqressiv, kompromissiz bir strategiya tətbiq etməsi ilə izah olunur. Bunu icra etmək üçün Hamiltondan mühəndislər tərəfindən dəqiqlik və səbir ustalığı tələb edildi və o, bunun öhtəsindən ustalıqla gəldi.
Təkər seçimi
Saxir trassında təkərlərin yüksək istilik deqradasiyası dərəcəsi belədir ki, seçdiyiniz yarış təkərlərinin kompozisiyası qalın olsa bir o gədər əlverişlidir. Bu il hər bir avtomobilə mövsüm ərzində səkkiz “Soft” , üç “Medium” və iki “Hard” təkər komplektasiyası həftə sonu üçün ayrılib. Mersedes iki “Hard” təkərləri yarışın ikinci yarısı üçün saxlayaraq öz yarışını öncədən planlaşdırdı.Bununla təkərləri sərbəst yürüşlərdə deyil əsas yarışın bazar günü üçün istifadə olunacağını planladı. Təkər seçimi komandanın güzəştə getməmə strategiyasının ilk göstəricisi idi. Red Bull, Verstappen-ə yarış üçün bir “Medium” və bir “Hard” təkər dəsti təqdim etdi. Seçim Red Bull-a istifadə etdikləri təkərlərin daha qənayətbəxş təmsil olunmasına və inamlı mubarizə aparmasına imkan verdı.Daha sürətli bir avtomobilə sahib olmağ Verstappen üçün verilən bir güvənc hissi kimi idi.
Pit Stop taktikası
Mercedes, Hamiltonu “Box” çağırmaq üçün trassda bir boşluq axtarırdı. Bu boşluq isə Alpin tərəfindən Fernando Alonsonun 11-ci dövrədə Aston Martin-in kanadalı sürücüsü Lance Strolu geridə qoymaq cəhtində yarandı. Bu, Mercedesə tam vaxtında lazım olan boşluq idi və Hamilton 13-cü dövrədə Verstappenin arxasındakı 1.8s-dən önə keçdi. Bu, 56 dövrəlik trassda erkən qazanilan strategiya üstünlüyü kimi qeydə alındı. Bu geriyə baxaraq yarış üçün nəzərdə tutulan əlverişli addım idi . Bəlkə də Mercedes bunun sonuna qədər uğurlu nəticələnəcəynə inanmırdı,ancaq ən azından bu onlara bir ümüd yaratdı. Red Bull kimi hərəkətə keçdikləri halda yarışda qələbəni itirəcəklərini artıq aydin bilirdilər. Bottas, Verstappenin arxada qalma müddətini minimuma endirmək üçün Mercedes tərəfindən istifadə edildi, Valtteri 16-cı dövrəyə çatanda və Red Bull'u öz strateji adamını növbəti dövrəyə gətirməyi və yeni “Medium” təkələrin pit stopda quraşdırmasını təmin etdi. Verstappenin avtomobilindəki təkərləri nəzəri alaraq Hamiltonun sürətindən 1 saniyədən daha tez olmalı idi və avtomobil özü də nəzəri cəhətdən daha sürətli idi,lakin sona 17 saniyə qalmış 8.8 saniyə geridə qaldı. Bu, tamamilə mükəmməl bir boşluğa səbəb oldu . Ancaq Verstappenin Hamiltona daha da yaxınlaşdığda onu geridə qoymağı təmin etmək üçün avtomobilin tempini və təkərlərin sürətini dəyərləndirməli idi. Təxminən istədiyini əldə etməyə yaxın olanda gözlənilmədən yaranan təkərlərin texniki nasazlığı onu demək olarkı qalibiyyətdən kanarda qoydu,və nəticə olaraq Hamilton mövsümün ilk gözlənilməz qələbəsini qazandı.