Mövsümün ilk “Formula 1” yarışının qalibi Hamilton oldu
2021-03-28 21:00:00

“Mercedes” komandasının Britaniyalı pilotu Luis Hamilton mövsümün ilk “Formula 1” yarışının qalibi olub.
YAZTV xəbər verir ki, pilot Bəhreyn Qran-Prisini birinci yerdə başa vurub.
“Red Bull” komandasından Maks Ferstappen finişi ikinci keçib.
Üçüncü pillədə isə Hamiltonun komanda yoldaşı finlandiyalı Valteri Bottas qərarlaşıb.
Qeyd edək ki, yarışmanın növbəti mərhələsi aprelin 16-18-i aralığında, İtaliyadakı Enzo və Dino Ferrarilərin adına avtodromda keçiriləcək. (oxu az).