AMR21 avtomobilinin möhtəşəm təqdimatı baş tutub

Yeni Aston Martin AMR21 avtomobili - klassik ingilis yarışı yaşıl livri ilə komandanın pilotlari Sebastyan Vettel və Lens Stroll tərəfindən təqdim edilib. Aston Martin-in təqdimatında "Ceyms Bond" kimi tanınan britaniyalı aktyor Daniyel Kreyq və NFL əfsanəsi Tom Bredinin video görüntüləri də yer alıb.
YAZTV xəbər verir ki, Aston Martinin 60 illik fasilədən sonra Formula 1-ə qayıtmasının şərəfinə, yeni yaradılan komanda tərəfindən 2021-ci ildə avtomobilin təmtəraqlı təqdimatı keçirilib. Virtual tədbirdə yeni, parlaq AMR21 avtomobili ilk dəfə olaraq dördqat dünya çempionu Sebastyan Vettel və gənc istedadlı pilot Lens Stroll tərəfindən təqdim olunub. Xatırladaq ki, avtomobil keçmiş Reysinq Point ingilis yarış komandasının ənənəvi yaşıl rəngində təmsil edilib.
Təqdimat zamanı Aston Martin avtomobil markası ilə yaxın əlaqəsi olan və Ceyms Bondu canlandıran aktyor Daniyel Kreyq video görüntü vasitəsilə mövsümdə komandaya uğurlar arzulayıb. AMR21 avtomobili keçən il Bəhreyndə mövsümün son turunda qalib gələn və Konstruktorlar Çempionatında dördüncü yeri tutan keçmiş Reysinq Point komandasına əsaslanır. İngilis idman avtomobil markasının simvoik geyimlərinə və komandanın imkanlarına yatırım edən Silverstoun gələcək mövsümlərdə daha yüksək pillələrdə yer almağı hədəfləyib.
Qeyd edək ki, keçən il Aston Martin avtomobil şirkətinin yeni sahibi, komandanın rəhbəri, kanadalı iş adamı, milyarder, habelə Lens Strollun atası Lourens Stroll müsahibəsi zamanı "Bu yalnız başlanğıcdır" deyə qeyd etmişdir.