"Formula 2": Sıralama turunda qəza baş verib
Sənübər Qocayeva
Bakıda "Formula 2" üzrə Azərbaycan Qran-prisində növbəti qəza baş verib.
YAZTV-nin məlumatına görə, "Dams" komandasından Ayumu İvasanın bolidi sıralama turunda qoruyucu səddə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb. İsava yarışı davam etdirə bilməyib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 12-də başa çatacaq.