Formula 2-də qəza - “DAMS”ın pilotu mübarizəni dayandırdı
Sənübər Qocayeva

“DAMS” komandasının pilotu Markus Armstronq Bakıda Formula 2 yarışlarının üçüncü sprint yürüşündə mübarizəni dayandırıb.
YAZTV xəbər verir ki, “Carlin” komandasının pilotu Dan Tiktumun bolidinə toxunduqdan sonra M.Armstronqun bolidi təhlükəsizlik səddinə çırpılıb və mübarizəni dayandırıb.
Qeyd edək ki, Formula 2 yarışlarında hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 29 dövrə vuracaqlar.
Səkkiz mərhələdən ibarət yarışa dekabrın 10-12-də Əbu-Dabidə yekun vurulacaq. Bakı yürüşünə qədər keçirilmiş iki yarışın nəticəsinə görə, pilotların sıralamasına “UNİ-Virtuosi” komandasının çinli üzvü Guanyu Zhou 68 xalla başçılıq edir. Komandaların sıralamasında isə “Uni-Virtuosi” 97 xalla birincidir.