Lyuis Hemilton İspaniya Qran Prisinin qalibi oldu

Karyerasının 100-cü poulunu qələbəyə çevirən Hemilton öz komandasına minnətdarlığını bildirib. Yarışın startında liderliyi itirməsinə baxmayaraq heyəti onu 42-ci dəfə pit stopa çağıraraq qalibiyyətinə səbəb oldu. Soft təkər komplektinə keçən Hemilton karyerasının 98-ci qalibiyyətini qazanaraq yeni tituluna biraz da yaxınlaşıb.
Yarışdan sonra Mercedes komandasının instagram sosial şəbəkəsində izləyiciləri üçün video mesajda bü sözləri deyib: “Çətin yarış həftəsi artıq geridə qaldi. Məncə bu çətin dörd yarışdan sonra qarajda çalışan komanda da çox yorulub. Gördüyümüz işdən həqiqətəndə qürür duymalıyıq. Deyə bilərəm ki, mövsümün ən ugurlu başlanğıcıdır deyə bilərəm. Xüsüsən çox çətin bolid ilə mövsümə Bəhreyndə başladıq. Avtomobili təkmilləşdirmək üçün üzərində çox çalışdıq və buda onun nəticəsidir. Strateji hədəfimiz inanılmazdır. Bu birlikdə qazandığımız 100-cü poul və 98-ci qələbədir. Buradan hamıya sevgimi göndərmək istəyirəm. Ümid edirəm ki, yarış və batldan zövq aldınız. Mən batldan çox əyləndim”.
Aynur Mehdiyeva