Dünya ulduzu Kriştianu Ronaldu Maranelliyə gəlib
Sənübər Qocayeva

İtaliyanın Yuventus futbol klubunun əfsanəvi futbolçusu Ronaldo Maranellidə Ferrarinin sürücüləri Karlos Saynsla və Şarl Leklerlə görüşüb. Kriştianu Ronaldu komandanın bazasını gəzdikdən sonra hər iki pilota imzalı formasını təqdim edib. İspaniyalı Karlos Sayns Real Madrid azarkeşidir.
Qeyd edək ki, Ronaldo “Kral Klubu”nun heyətində doqquz il çıxış edən ən parlaq əfsanəvi oyunçularından biridir. İdman avtomobillərinə böyük marağı olan Kriştianu Fiyorano trassında Ferrari avtomobilini test edib və Ferrari heyətinin texniki direktoru Mattia Binotto ilə öz təəsüratlarını bölüşüb.
Aynur Mehdiyeva