Portuqaliya Qran Prisinin qalibi Lyuis Hemilton oldu

Portuqaliya Qran Prisinin qalibi Lyuis Hemilton oldu

Lyuis Hemilton karyerasının 97-ci qələbəsini qazanıb. Restartdan sonra irəlləməkdə çətinlik yaşasada, daha sonra Ferstappeni və komanda yoldaşı Bottası geridə qoyaraq podiumun zirvəsinə yüksəlib.

Lyuis Hemilton: “Bugünki yarışda həm fiziki, həm psixoloji tərəfdən çox güclü olmalıydıq. Küləkli hava şəraiti maneyə yaradirdi. Yarışı komanda yoldaşım Valtteri kimi uğurla başlaya bilmədim. Restartdan sonra yer itirdiyim üçün çox məyus oldum.  Yarışın sonuna qədər əlimdən gələni etdim. Ferstappenin səhv etməsi bizə əla fürsət oldu, Valterrini isə birinci döngədə keçdim“.

 Aynur Mehdiyeva