Portuqaliya Qran Prisinin sərbəst yürüşləri start verib
Sənübər Qocayeva

Portuqaliyanın Portimao avtodromunda sərbəst yürüşlər baş tutub.
Yürüşlərin ilk günündə iki sessiya keçirilib. Birinci sessiyanın ən sürətli dövrəsini Soft təkərlərdə Valtteri Bottas vurub (1:19.648). İkinci sessiyanı sürücülər Medium təkərdə başlasalarda sonradan Soft-da keçiblər. Maks Ferstappen əyləc problemi ilə üzləşib və boksa geri dönüb. Bir neçə dəyqədən sonra Maks yenidən mübarizəyə qoşulub. Raykkönnen də məşqlər zamanı texniki problemlər ilə qarşılaşıb. Bu dəfə Mercedes heyyətinin digər sürücüsü Lyuis Hemilton fərqlənib. Hemilton hamıdan sürətli nəticə ilə bügünki məşqlərin ikinci sessiyasını başa vurub (1:19.837).
Aynur Mehdiyeva