Türkiyyə Qran Prisi Kanadanı əvəz etdi
Sənübər Qocayeva

Yenilənmış Formula-1 təqviminə əsasən Türkiyyə Qran Prisi 11-13 iyun tarixlərində keçiriləcək. Dünyada yayılmış COVİD-19 virusu səbəbindən Kanadaya səyahət edən turistlər on dörd gün karantin şəraitində qalmalıdır. Bu səbəbdən Kanada Qran Prisi Türkiyə ilə əvəz olundu.
Qeyd edək ki, mövsümün yeddinci turu Intercity İstanbul Park-da reallaşacaq. 58 dövrədən ibarət trass 5,3 kilometr uzunluqdadır.
Xatırladaq ki, Mercedes komandasını təmsil edən Lyuis Hemilton 2020-ci ildə bu trassda qalibiyyət əldə etmişdir.
Aynur Mehdiyeva