Maks Ferstappen italiya Qran Prisinin qalibi oldu

Maks Ferstappen italiya Qran Prisinin qalibi oldu

İtaliyanın şimalında yerləşən İmolada Emiliya-Romanya Qran Prisi baş tutdu.

Yarışın qalibi iyirmi üç yaşlı gənc sürücü Maks Ferstappen oldu. Hollandiyalı gənc sürücü Maks Ferstappen yarışa üçüncü yerdən başlamağına baxmayaraq, qalibiyyəti əldə etdi. Bütün çətinliklərə dözən Maks Ferstappen karyerasının onuncu qələbəsini qazanaraq yarışdan sonra bu sözləri dedi :“Çətin yarış olmasına baxmayaraq ,biz komanda olaraq həqiqətən öhdəsindən gəldik. Restartdan əvvəl problemlərlə üzləşdik. Trasda asfalt sürüşgən olduğundan gərginliyi artırırdı. Qarşıda bizi uzun mövsüm gözləyir, lakin bügünkü nəticədən razıyıq. Buna görə Red Bull və Honda F1 komandalarına minnətdarlığımı bildirirəm. Ümüdvaram yarışdan mənim qədər zövq aldınız“.

Qeyd edək ki, Honda heyəti Red Bull komandası ilə 2021-ci ildən sonra yollarını ayıracaq. Buna səbəb olaraq, istehsal etdiyi avtomobillərdə elektrikləşməni təkmilləşdirmək niyyətidir.

Müxbir

Aynur Mehdiyeva