Corc Rassel Bottasdan üzr istədi

Williams komandasının sürücüsü Corc Rassel şəxsi instaqram səhivəsində Bottasdan üzr istəyib.
Britaniyalı Corc keçən həftə İmolada baş verən qəzadan sonra həmkarına çox qəzəblənmişdi. Yarış zamanı rəqibini ötməyə çalışarkən bolidin idarəsini itirən Rassel Mercedes təmsilçisi Bottasa çırpılaraq trasdan çıxmışdı. Qəzadan sonra hər iki sürücü radio bağlantıda bir-birini günahlandıraraq təhqir və nalayiq sözlər işlədiblər. Bu qəza nəticəsində bolidlər tanınmaz halda zədələniblər.
Hadisədən sonra müsahibə zamanı Bottası günahlandıran Corc, sonradan sosial şəbəkədə öz ondan üzr istəmişdir: ”Dünən mənim üçün uğurlu gün deyildi, çünki bu mövsüm xal qazanmağın ən yaxşı fürsətlərimizdən biri olacağını bilirdim. Bu xallar bizim üçün nə qədər vacib olduğundan, bəzən riskə getməli olursan. Gözləntilərim özünü doğrultmadı, buna görə məsuliyyət daşımalıyam. Sonra baş verənləri düşünməyə başladım və olanları bir daha təhlil etdim. Bəzən emosiyalar bizə üstün gəlir, əfsuslar olsun ki, məndə də belə oldu. Valtteridən, komandamdan və mənim hərəkətimdəm məyus olan hər kəsdən üzr istəyirəm. Əslində mən emosional deyiləm. Lakin ətrafdakılar məndən daha gözləntiləri çox olduğundan bir anlıq hisslərimi cilovlaya bilmədim. Bu həftə sonu olanlardan nəticə cıxardım. İnanıram ki, baş verənlər mənim daha yaxşı sürücü və insan olmağımı formalaşdıracaq. İndi bütün hədəflərim qarşıdan gələn Portuqaliya Qran Prisində nəticə qazanmaqla, özümü təsdiq etmək üçün şans olacaq. Hər kəsə pozitiv-neqativ mesajlar üçün təşəkkürümü bildirirəm. Ümüdvaram ki, baş verənlər mənə gələcək karyeramda yardımçı olacaq.
Müxbir
Aynur Mehdiyeva