Lyuis Hemilton həmkarına dəstək oldu

Lyuis Hemilton həmkarına dəstək oldu

Britaniyalı iş adamı Adam Norrisin oğlu Lando Norris Formula 1  tarixində ən gənc sürücülərdən biridir. Çox gənc və istedadlı olan Norisin F1 karyerasına 2017-ci ildən başlayaraq Maklaren heyətinə test sürücü qismində qatılır.Məktəb vaxtlarında texnologiya və dizayn ilə maraqlanan Lando, Maklarenın mühəndislərinə bolidin karbon detallarının düzəlməsində kömək edir və onun bu zəhmətkeşliyi komanda tərəfindən yüksək qiymətləndirilirdi.

Artıq iki ildən sonra ilk debüt yarışını 2019 –ci ildə Avstraliya Qran Prisində edən Lando onun bütün həyatının Formula 1  yarışlarına bağlı olduğunu deyir. O, boş vaxtlarında simulyatorda məşq etməyə üstünlük verirdi. Son illərin təcrübəsinə əsasən özünü trassda daha inamlı görsənən Lando İmoladakı performansı ilə Maklarenı sevindirdi. Lakin bu həftə sonu sərbəst yürüşlər zamanı 5-cı sıradan 7-cı sıraya düşən istedadlı sürücü çox məyus olaraq, öz şəxsi instaqram səhivəsində bu sözləri dedi: “Hazırda özümü necə hiss edirəm desəm: P3-dən bir qədər kənarda . Mənim səhvim ücbatından, Maklaren-da  hər kəsdən  üzr istəyirəm,çox məyüsam ,bu gün daha yaxşısına layiq idik“.Yeddi qat dünya çempionu Lyuis Hemiltonun rəyi özünü çox gözlətmədi. “Heç kimi səni tam gücünlə mübarizə aparmağına görə məyus edə bilməz. Əla dövrə idi,sənin komanda ilə sevincini görmək çox xoşdür. İrəliləməyə davam et,gəl yarışaq“.

F1 azarkeşləri tərəfindən müsbət qarşılanan bü dəstək mesajı bir çox fan səhifələrində paylaşılıb.

Yarış sonrası podyümda iki britaniya təmsilçisi yer tütüb. Lando F1 karyerasının ilk podyumünü üçüncü yerdən başladı. Lyuis Hemilton şəxsən özü Landonu yarış sonrası qucaqlayaraq  təbrik etməyi də unutmayıb.

Müxbir

Aynur Mehdiyeva