Milli Məclisin deputatı və İdman təşkilatlarının rəhbərləri şəhid və qazi ailələrini ziyarət ediblər

Milli Məclisin deputatı və İdman təşkilatlarının rəhbərləri şəhid və qazi ailələrini ziyarət ediblər
Milli Məclisinin deputatı, Gənclər və İdman Komitəsinin üzvü Müşviq Cəfərov, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gəncə İdman Klubunun prezidenti Elvar Osmanov Vətən Müharibəsində şəhid olan idmançıların ailələrini və idmançı qazini ziyarət ediblər
 
YAZTV xəbər verir ki, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı göstərilir. Şəhidlər Hüseynov Röyan Sübhan oğlunun və Babayev Rəşid İlham oğlunun ailələrinə baş çəkmə zamanı, onların qayğıları ilə maraqlanmış və başsağlığı verərək, səbr diləyiblər. Görüşdə şəhidlərin keçdikləri döyüş yolundan, onlarla bağlı xatirələrdən danışılıb. Rəsmilər şəhid yaxınlarını narahat edən məsələlərlə maraqlanıblar və təkliflərini dinləyiblər.
 
Vətən müharibəsində iştirak edərək yaralanan qazi Eynullayev Elşad Suliddin oğlu ilə də görüşərək, onunla söhbət ediblər. Görüşdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb. Onları narahat
edən məsələlərin tezliklə həll olunacağına ümid etdiklərini bildirən şəhid yaxınları, qazi və sakinlər, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.