Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir

Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir

Yevlax şəhərində quruculuq və abadlıq işləri davam etdirilir.

YAZTV-ın bölgə müxbiri xəbər verir ki, Yevlax şəhərindəki Dədə Qorqud parkında əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb. Parkda sakinlərin istirahəti üçün bütün şərait yaradılıb, yeni yaşıllıqlar salınıb.

Parkın hər iki tərəfində 2 kilometr uzunluğunda yeni avtomobil yolu çəkilib, velopark salınıb. Ərazidə istirahətə gələnlərin tələbatı nəzərə alınaraq yaxınlıqdakı 15-dən çox ictimai-iaşə və xidmət obyektinin fasadları və qarşısı müasir dizaynla yenidən qurulub. Parkın yeni salınan hissəsində və Çənlibel adlandırılan ərazidə bataqlıq sahələri qurudulub.

Rayonun Qaraoğlan və Quşçu kəndlərində yollara asfalt döşənir. Heydər Əliyev və Nizami prospektlərində, Ceyhun Mustafayev, Qanboy Quliyev, Həsən bəy Zərdabi, Yeni Yevlax, Pişəvəri və Səməd Vurğun, Füzuli küçələrinin, dəmir yolu və Səmədabad kənd Bayraq meydanlarının, Bakı-Ələt-Gürcüstan sərhədi avtomobil yolunun işıqlandırılması işləri aparılıb, yeni transformator məntəqəsi quraşdırılıb.

Hazırda Yevlax şəhərində üç uşaq bağçasında əsaslı təmir işləri aparılır.