Lənkəranda toy məclisi təşkil etmək istəyənlər cəzalandırılıblar

Lənkəranda toy məclisi təşkil etmək istəyənlər cəzalandırılıblar

Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

YAZTV xəbər verir ki, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun İstisu qəsəbəsinin sakini M.Əmirovun özünə məxsus fərdi yaşayış evində oğluna toy məclisi təşkil etməsi müəyyən edilib.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək məclisin keçirilməsinin qarşısını alıblar.

Toy məclisinin təşkilatçısı M.Əmirov və daha 2 nəfər barəsində sərtləşdirilmiş karantin rejiminin qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq cərimə ediliblər. (AZƏRTAC)