Gəncədə könüllülər təltif olunublar

Gəncədə könüllülər təltif olunublar

17 dekabr 1985-ci il Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 40/212 saylı Qətnaməsi ilə 5 DEKABR Beynəlxalq Könüllülər Günü olaraq təsis edilmişdir.

YAZTV bildirir ki, könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə edib, gənclərimizin həyat tərzinə çevrilib bunun nəticəsi də olaraq Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2020-ci ili “Könüllülər ili” elan etmişdi

Beynəlxalq Könüllülər günü münasibətilə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi tərəfindən bir sıra könüllü gənclər Gəncə Gənclər Evində Cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elan olunmuş “2020-ci il - Könüllülər ili” müddətində aktiv könüllü fəaliyyətinə görə və Baş İdarə tərəfindən təşkil olunmuş tədbirlərdə fəal iştirak etdiyi üçün təltif olunublar