Daha bir yol yenidən qururlur

Muğanlı-İsmayıllı-Qəbələ yolunun yenidən qurulmasına başlanılıb.
Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YAZTV-ə bildirilib ki, ümumi uzunluğu 85,6 kilometr olan yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Şose üzərində olan 8 körpüdən 5-i dörd zolağa uyğun genişləndiriləcək, 3-ü isə şosenin dəyişdirilmiş yeni ox üzərində yenidən 4 zolağa uyğun layihələndirilərək tikiləcək.
Layihənin məqsədlərinə hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin və nəqliyyat xərclərinin azaldılması, iqtisadi artımın sürətləndirilməsi və qonşu ölkələrlə ticari münasibətlərin inkişafına təkan verilməsi, sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi və regionda turizmin inkişafı daxildir.