Neftçalada qələbə sevinci

Neftçalada qələbə sevinci

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabını ziyarət etdikdən sonra Şuşa şəhərinin erməni işğalçılarından azad olunmasını Azərbaycan xalqına bəyan edib.

YAZTV xəbər verir ki, ölkə başçısının çıxışından sonra Neftçalalılar da bu qələbə sevincini bayram etmək üçün küçələrə axışıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, rayon idarə, müəssisə və təşkilatların rəhbərləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb və ruhunu ehtiramla yad ediblər. Ulu Öndərin abidəsini ziyarət etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Mirhəsən Seyidov rayon ictimaiyəti qarşısında çıxış edib. RİH başçısı çıxışı zamanı müzəffər ordumuzun Ali Baş Komandanın komandanlığı altındakı qələbəsindən, əsgər və zabitlərimizin əzmi və mərdliyi nəticəsində Şuşa şəhəri 28 ildən sonra erməni işğalından azad olunmasından danışıb.

Tədbir avtomobillərin Azərbaycan bayraqları ilə yürüşü ilə sona çatıb.