Gəncədə terror qurbanlarının xatirəsi anılıb - FOTOLAR

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə gənclər 17.10.2020-ci il tarixində Ermənistan ordusu tərəfindən atılan raket zərbəsi nəticəsində yaradılmış növbəti terror aktında həlak olanların xatirəsini yad ediblər.
YAZTV-nin bölgə müxbiri xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və kollektivi, o cümlədən şəhərin aktiv gəncləri əraziyə gələrək gecə saatlarında həlak olanların əziz xatirəsini gül dəstələri ilə yad ediblər.
Gənclər əllərində #StopArmenianTerror #KarabakhisAzerbaijan yazısı ilə plakatlar tutaraq çoxsaylı telekanalların iştirakı ilə dünya ictimaiyyətinin diqqətinə erməni vəhşiliyini və həqiqətləri çatdırıblar.
Qeyd edək ki, 17.10.2020-ci il tarixdə ermənistan silahlı qüvvələri tərəfindən Skud/Elbrus tipli ağır raket zərbəsi nəticəsində döyüş zonasından 60 km uzaqda yerləşən Azərbaycanın 2-ci ən böyük şəhəri Gəncədə yaşayış massivində yerləşən 20 dən çox ev tamamilə dağılmış, çox saylı evlərə ciddi ziyan dəymiş və azyaşlılarda daxil olmaqla 14 nəfər dinc sakin həlak olmuşdur.
re
r