Gəncədə həlak olmuş və zərər çəkmiş şəxslərin əziz xatirəsi yad edilib
Yeni Azərbaycan TV

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi və Aparatın əməkdaşları, həmçinin Baş İdarənin nəzdində Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllim kollektivi 11 oktyabr 2020-ci il tarixdə gecə saat 02:00 radələrində Humanitar atəşkəs rejimini kobud şəkildə pozan, döyüş bölgəsindən 60 km kənarda yerləşən, Azərbaycanın 2-ci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən, çoxmənzilli yaşayış binasına ermənistan ordusu tərəfindən beynəlxalq hüquqa görə mülki əhaliyə qarşı istifadə edilməsi qadağan edilmiş Skad tipli raket zərbəsi nəticəsində həlak olmuş və zərər çəkmiş şəxslərin əziz xatirəsini yad etmək məqsədilə hadisə baş verən əraziyə gələrək gül dəstələri qoymuşlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!