Balakənli gənclər bağçılıq təsərrüfatında olub

Balakənli gənclər bağçılıq təsərrüfatında olub

Balakənli gənclər bağçılıq təsərrüfatında olub, meyvə yığımında iştirak ediblər.

YAZTV xəbər verir ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Balakən nümayəndəliyi “Könüllülər ili” çərçivəsində gənclərə növbəti layihəni təqdim edib.
Mərkəzin könüllüləri Aqrar İnkişaf Könüllüləri ilə birgə “Gücümüz birliyimizdir” layihəsi çərçivəsində rayonun Qullar kəndində yerləşən “Rayyan” MMC-nin intensiv bağçılıq təsərrüfatında olub, alma yığımında iştirak ediblər.


Layihənin məqsədi gəncləri kənd həyatı və əməksevər insanlarla yaxından tanış etmək, onlarda əməyə, zəhmətə sevgi və maraq oyatmaqdır.
Bağçılıq təsərrüfatı ilə tanışlıq gənclərin böyük marağına səbəb olub.

Balakən Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.Balakən Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.Balakən Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.Balakən Rayon İcra Hakimiyyəti adlı şəxsin şəkli.