Gəncədə mikroavtobus yanıb

Gəncədə mikroavtobus yanıb

Gəncədə yanğın hadisəsi baş verib.

YAZTV-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan "Mersedec Vito" markalı mikroavtobus anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, yaxınlıqdakı avtomobillər yanğından mühafizə edilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.