Bakının mərkəzində əməliyyat - 2 qardaş tutuldu
2021-02-23 17:30:00

Bakının mərkəzi hissələrində oğurluqla məşğul olan şəxslər tutulub.
YAZTV-e xəbər verir ki, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində 4 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş A.Bədirov və qardaşı saxlanılıblar.
Araşdırma aparılır.
YAZTV (publika az)