Ermənilər Xocalı istiqamətində yanğınlar törədib
Sənübər Qocayeva

Ermənilər Xocalı istiqamətində dağlıq meşə massivində böyük yanğınlar törədiblər.
YAZTV Trend-ə istinadən xəbər verir ki, alov hektarlarla əraziyə yayılmaqdadır.
Dağ massivində baş verən yanğın rus sülhməramlıların və Azərbaycan Ordusunun mövqelərindən, eləcə də Ağdamın bir neçə kəndindən açıq-aydın müşahidə olunur.