Füzulidə yanğın olub, xəsarət alan var

Füzulidə yanğın olub, xəsarət alan var

Füzuli rayonunun Beşinci Zobucuq qəsəbəsində yanğın olub, xəsarət alan var.

Bu barədə YAZTV-yə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 6,5 ton ot bağlamasının 2 tonu yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.