DİN azad olunmuş ərazilərdə nadir heyvan növlərinin qorunması üçün göstəriş verib

DİN azad olunmuş ərazilərdə nadir heyvan növlərinin qorunması üçün göstəriş verib

"İşğaldan azad olunan ərazilərdə flora və faunanın mühafizəsi daxili işlər orqanlarının diqqət mərkəzindədir, xüsusi olaraq nəzarət tədbirləri həyata keçirilir".

YAZTV-nin xəbərinə görə, bunu Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, həmin ərazilərdə nadir heyvan növlərinin – dağ keçiləri, cüyürlər, ayılar, bəbir, ular, Qafqaz tetrasının, çaylarda isə balıqların ovlanmasına, ona zərər yetirilməsinə icazə verilmir: "Həmin əraziyə gedən şəxslər bu barədə təlimatlandırılır".

"O gözəlliyi qorumaq, onun genişlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə Daxili İşlər Nazirliyi tərəfindən polis və Daxili Qoşunlarının hərbi qulluqçularına müvafiq göstərişlər verilib", - E.Hacıyev vurğulayıb.