Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqanda ev yanıb, xəsarət alan var

Beyləqan rayonda ev yanıb, xəsarət alan var.

Bu barədə YAZTV Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Yuxarı Aran qəsəbəsində ümumi sahəsi 200 m² olan bir dam altında tikilən, iki ailənin yaşadığı birmərtəbəli evlərdən sahəsi 60 m² olan evin və bitişik, sahəsi 140 m² olan digər evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.