Bakıda gənc oğlan yol qəzasında xəsarət alıb

Bakıda gənc oğlan yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YAZTV-nin məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Mustafayev Nəcməddin Mahir oğlu motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona alın sümüklərinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.