Göyçayda ev yandı, xəsarət alan var

Göyçayda ev yandı, xəsarət alan var

Göyçay rayonunun Mirzəhüseynli kəndində ümumi sahəsi 130 m² olan kürsülü, iki aynabənddən ibarət birmərtəbəli evin yanar konstruksiyaları 114 m² sahədə yanıb.

YAZTV xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.