Ötən il yarım ton narkotikin Naxçıvandan keçirilməsinin qarşısı alınıb

Ötən il yarım ton narkotikin Naxçıvandan keçirilməsinin qarşısı alınıb

Gömrük orqanları ötən ildə Naxçıvandan 566 kq narkotik keçirilməsinin qarşısını alıb.

YAZTV-nin məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin kollegiya iclasında bildirilib.

İllik fəaliyyət və qarşıda duran vəzifələrin müzakirəsi zamanı qeyd olunub ki, gömrük orqanları tərəfindən 2021-ci ildə 113 inzibati, 4 cinayət xarakterli fakt aşkarlanıb, ümumilikdə 566 kq 530 qram narkotik vasitənin Muxtar Respublika ərazisindən tranzit keçirilməsinin qarşısı alınıb.