Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərlənib

Goranboyda 32 yaşlı qadın dəm qazından zəhərlənib

Goranboy rayonunda qadın dəm qazından zəhərlənib.

YAZTV-nin məlumatına görə, hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1989-cu il təvəllüdlü N.Əmrəhova yaşadığı evdə dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.