Bakıda sərnişin avtobusu ağır qəza törətdi - ÖLƏN VAR

Bakıda sərnişin avtobusu ağır qəza törətdi - ÖLƏN VAR

Sentyabrın 13-də saat 18 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

YAZTV xəbər verir ki, İmişli rayon sakini E.Quliyev idarə etdiyi “İsuzu” markalı sərnişin avtobusu ilə velosiped sürən qəsəbə sakini Hüseyn Kərimovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır. (publika az)