Vüqar Səfərli bu tarixdə məhkəməyə çıxarılacaq

Vüqar Səfərli bu tarixdə məhkəməyə çıxarılacaq

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərli sabah, iyulun 23-də məhkəmə qarşısına çıxarılacaq.

YAZTV xəbər verir ki, V. Səfərlinin məhkəməsi sabah Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutacaq.

Məhkəmə iclası hakim Azər Paşayevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli müxtəlif vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanması, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsi, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırması ittihamları ilə həbs edilib.(qafqazinfo az)