Cəlilabadda yanğın oldu

Cəlilabadda yanğın oldu

Cəlilabad rayonunda ümumi sahəsi 180 m² olan birmərtəbəli köməkçi tikilinin çardağının yanar konstruksiyaları yanıb.

YAZTV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. (publika az)