Zəngilanda narkotik tərkibli bitkilər aşkarlandı

Zəngilanda narkotik tərkibli bitkilər aşkarlandı

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 300 kiloqram olan 1050 ədəd çətənə kolunun kökündən çıxarılaraq yandırılması təmin edilib.