Qazaxda avtomobil yeniyetməni vurdu

Qazaxda avtomobil yeniyetməni vurdu

Qazaxda piyadanı avtomobil vurub.

 YAZTV-nin məlumatına görə, hadisə Çaylı kəndində baş verib. Belə ki, kənd sakini, 17 yaşlı Kənan Habil oğlu Əhmədov yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır. (report az)