Yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasına başlanılır

Yaşından asılı olmayaraq, bütün təhsil işçilərinin vaksinasiyasına başlanılır

“Bütün dünyada olduğu kimi, pandemiya Azərbaycanda da təhsilə problemlər yaradıb”.

YAZTV xəbər verir ki, bunu canlı yayımda sualları cavablandırarkən təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, koronavirusun vurduğu zərərləri başa düşmək üçün təhsil ictimaiyyətinə bir neçə il vaxt lazım olacaq:

“Bu, böyük səy tələb edir. Biz çalışmalıyıq ki, növbəti 6-8 həftədə, növbəti dalğada daha az adam koronavirusa yoluxsun.

Aprelin 5-dən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiyadan keçəcək. Təhsil Nazirliyi aidiyyəti səhiyyə qurumları, o cümlədən, yerli icra hakimiyyəti orqanları ilə birlikdə vaksinasiyanın keçirilməsi üçün çalışır. Məktəblərdə, ayrı-ayrı bölgələrdə vaksinasiya məntəqələri fəaliyyət göstərir.

95 faizədək təhsil işçisinin vaksinasiyadan keçməsi nəzərdə tutulub.

Sentyabr ayınadək prosesin yekunlaşması planlaşdırılır”.