Səhiyyə Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

Səhiyyə Nazirliyi Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi

Səhiyyə Nazirliyi Rusiya Federasiyasının istehsalı olan “Sputnik V” peyvəndini istifadə üçün təsdiq edib.

Nazirlikdən YAZTV-yə bildirilib ki, bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınmışdır və COVID-19 koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir.

Rusiyada 6 milyondan çox insan “Sputnik V” vaksini ilə peyvənd olunub.

 

Yaxın zamanda bu peyvəndin ölkəyə gətirilməsi barədə danışıqlar davam etdirilir.