Azərbaycanda indiyədək peyvənd olunanların sayı açıqlandı
2021-02-27 17:00:00

Azərbaycanda koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb.
YAZTV-e xəbər verir ki, ötən gün ölkədə COVID-19-a qarşı 23 939 nəfər vaksinasiya olunub.
Hazırkı dövrədək ölkəmizdə koronavirusa qarşı 257 723 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
YAZTV (qafqazinfo az)