Bakıda 24 nəfər xəstəxanalara yerləşdirildi - BU SƏBƏBDƏN
2021-02-24 22:00:00

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası hava şəraiti ilə əlaqədar sürüşərək yıxılıb ağır xəsarət alan şəxslərlə bağlı məlumat yayıb.
YAZTV-yə daxil olan məlumatda bildirilib ki, bu gün saat 15:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.
YAZTV (publika az)