Ölkə üzrə koronavirusa yoluxmanın yeni statistikası açıqlandı

Ölkə üzrə koronavirusa yoluxmanın yeni statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma statistikası açıqlanıb.

YAZTV-nin "koronavirus.info" saytına istinadən məlumatına görə, ən yüksək yoluxma hələ də Bakı şəhərində qalmaqdadır. Ölkə üzrə yoluxmanın 53,5 faizi paytaxtın payına düşür. Bundan başqa, Abşeronda yoluxma 13.8 faiz, Aranda 11.3 faiz, Gəncə-Qazaxda 7.2 faiz, Lənkəranda 4.0 faiz, Şəki-Zaqatalada 3.3 faiz, Quba-Xaçmazda 3.2 faiz, Dağlıq Şirvanda 1.9 faiz, Yuxarı Qarabağda 1.0 faizdir.

Naxçıvanda yoluxma 0.06 faiz, ölkə xarici yoluxma isə 0.7 faiz təşkil edir.