Nazir müavini: "Uşaqlar arasında yayılan xəstəlik sırf soyuqdəymədir"

Nazir müavini: "Uşaqlar arasında yayılan xəstəlik sırf soyuqdəymədir"

"Azərbaycanda həm koronavirus, həm də digər xəstəliklərlə bağlı epidemioloji durum sabitdir".

Bunu  səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

O bildirib ki, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır.

N.Zeynalov qeyd edib ki, uşaqlar arasında yayılan xəstəlik sırf soyuqdəymədir: "Mövsümi olaraq həmişə respirator virus infeksiyaları yayılır. Hazırda həmin virusların mövsümi olmadığından xəstələnmə halları azalmaqdadır. İnfluenza virusu vaxtaşırı xəstələndiyimiz soyuqdəymə, yaxud qrip xəstəliyidir və bu da mövsümidir. Hazırda bu sahədə sabitlikdir".