3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır - RƏSMİ

3-cü doza peyvəndi bu şəxslər vurdurmalıdır - RƏSMİ

Azərbaycanda 3-cü doza peyvəndin yüksək risk qrupuna daxil olan şəxslərə vurulması zəruridir.

YAZTV xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Trend-ə verilən məlumata görə, 2-ci dozadan 6 ay keçdikdən sonra yüksək risk qrupuna daxil olanlara (tibb işçiləri, yaşı 60-dan yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan şəxslər) 3-cü doza (buster) vaksin vurulması məqsədəuyğun hesab olunur.

Qeyd olunub ki, 2-ci dozadan 6 ay sonra peyvənd olunmuş şəxs ölkəmizdə istifadəsinə icazə verilmiş istənilən vaksinin 2 dozasını vurdura bilər. "Peyvənd sertifikatı"nda son qəbul edilmiş 2 doza haqqında məlumat əks olunacaq.